Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün bütün ilkin şərtlər var – Kremlbackend

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlamaq üçün bütün ilkin şərtlər var - Kreml

Ermənistan və  Azərbaycan arasında Qarabağla bağlı sülh müqaviləsinin bağlanması üçün bütün ilkin şərtlər var.

KONKRET.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin yekunlaşmasına qədər hələ də texniki məsələlər var, lakin bunun üçün bütün ilkin şərtlər var.

Peskov Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının vaxtı barədə danışmağın tez olduğunu bildirir.

“Xeyr, indi çətin ki, kimsə sülh müqaviləsinin bağlanmasının vaxtını göstərməyi öhdəsinə götürsün, lakin nəzərə alsaq ki, Qarabağa mənsubiyyətlə bağlı əsas məsələ indi həll olunub”, – Peskov deyib.

“Bu razılaşma üzərində işin yekunlaşmasına qədər çoxlu texniki məsələlər qalıb. Amma bunun üçün bütün ilkin şərtlər mövcuddur və xoş niyyət olsa, finişə çatmaq mümkün olacaq”, – Peskov əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*