“Ermənistan və Azərbaycan münasibətlərində böyük irəliləyiş əldə etdi” – Şarl Mişelbackend

"Ermənistan və Azərbaycan münasibətlərində böyük irəliləyiş əldə etdi" - Şarl Mişel

Avropa İttifaqı Şurasının rəhbəri Ermənistanla Azərbaycan arasında əsir mübadiləsini siyasi dialoqun görünməmiş başlanğıcı adlandırıb.

KONKRET.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın baş naziri və Azərbaycan prezidentinin ofislərinin birgə bəyanatını böyük irəliləyiş adlandırıb.

O, “X” sosial mediasında olan hesabında  məhbusların azad edilməsini alqışlayıb və bunu siyasi dialoqun görünməmiş açılışı hesab edib.

“Tərəflər arasında ikitərəfli dialoqun yaradılması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi idi. Bugünkü irəliləyiş əsas addımdır. İndi mən Ermənistan və Azərbaycan liderlərini sülh sazişinin imzalanması prosesini tezliklə başa çatdırmağa çağırıram”, – Mişel bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*