“Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası ilə bağlı sənəd üçtərəfli minadır” – Qohar Meloyanbackend

"Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası ilə bağlı sənəd üçtərəfli minadır" - Qohar Meloyan

Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası komissiyalarının fəaliyyətinin əsasnaməsi həm Konstitusiya Məhkəməsi, həm bu hökumət, həm də Ermənistan üçün üçtərəfli minadır.

KONKRET.az xəbər verir ki, bunu konstitusiya hüququ üzrə ekspert Qohar Meloyan NEWS.am-ın müxbirinə müsahibəsində Konstitusiya Məhkəməsinin sentyabrın 24-də bu reqlamentin konstitusiyaya uyğun olub-olmamasına baxıb parlamentə göndərməsi mövzusunu şərh edərkən bildirib.

“Ermənistan bu sənədi tələsik olaraq hökumətin iclasında təqdim etdikdən sonra Konstitusiya Məhkəməsinə göndərdi. Sentyabrın 10-da Konstitusiya Məhkəməsi işə sentyabrın 24-də baxmaq üçün qərar qəbul edib. Qeyd edim ki, “Konstitusiya Məhkəməsi haqqında” qanuna əsasən, ümumi icraata qəbul edildikdən sonra bu işə rəy verilməsi üçün üç ay müddət nəzərdə tutulub. Bundan əlavə, “Konstitusiya Məhkəməsi haqqında” qanunda ümumi müddəa var ki, hər hansı sənəddə Ermənistanın suverenliyinə toxunan müddəalar varsa, o zaman bu, yekun hissədə həll olunmalıdır. Düzdür, bu sənəd ilk baxışda texniki və təşkilati xarakter daşıyır, lakin orada təhlükəli məqamlar da yer alıb.

Məncə, Konstitusiya Məhkəməsinin bu sənədə qismən və ayrıca baxmağa səlahiyyəti yoxdur, bu, minadır. Konstitusiya Məhkəməsi texniki hissəyə baxıb “lazımi” müsbət nəticə verəcək, yoxsa bütün prosesə baxacaq?”, deyə o, qeyd edib.
Ekspert vurğulayıb ki, Ermənistanın tələskənliyindən fərqli olaraq, Azərbaycan bu sənədi öz ictimaiyyətinə təqdim etməyib və heç bir ratifikasiya prosesinə başlamayıb:

“Bu sənədin qüvvəyə minməsi ondan ibarətdir ki, iki dövlət daxili prosesləri ümumiləşdirməlidir və sənədlər ratifikasiya edildikdə və iki dövlətdə qüvvəyə minəcək sənədlər olduqda, yalnız bundan sonra bu sənəd etibarlı sayılacaq. Yəni Ermənistan Konstitusiya Məhkəməsi müsbət nəticə versə və parlament onu ratifikasiya etsə belə, yenə də qüvvəyə minmiş sayılmayacaq, o vaxta qədər Azərbaycanda da eyni proses aparılmayacaq”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*