Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri viza rejimini ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə nazir Ararat Mirzoyanın BƏƏ-yə səfərinin nəticələrini təqdim edən “X” sosial şəbəkəsindəki mikrobloqunda xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
“Ararat Mirzoyanın BƏƏ-yə rəsmi səfəri hər iki ölkənin vətəndaşları üçün viza rejiminin ləğvi haqqında sazişin imzalanması ilə əlamətdar olub”, – Kostanyan yazıb.
Qeyd edək ki, xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 7-də BƏƏ-yə rəsmi səfərə gedib. O, artıq əmirlik həmkarı Abdullah bin Zayed Əl Nəhyan, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Federal Məclisin sədri Saqr Qobaşi ilə görüşlər keçirib.