Ermənistan və Rusiya Zod qızıl mədənini BELƏ TALAN EDİR – ƏTRAFLIbackend

Ermənistan və Rusiya Zod qızıl mədənini BELƏ TALAN EDİR - ƏTRAFLI

Ermənistanın Qarabağda qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan şirkəti fəaliyyət göstərir. 

KONKRET.az xəbər verir ki, “Base Metals” qeyri-qanuni olaraq 2002-ci il oktyabrın 7-də Qarabağda yaradılıb. O vaxtdan Ermənistan hökuməti separatçılarla birlikdə Qarabağda qeyri-qanuni qızıl hasilatı ilə məşğuldur. “Base Metals “Valex” qrupu tərəfindən yaradılıb.

Companies of Vallex Group
Republic of Armenia
Yerevan, Khanjyan 19
Tel.: +374 10 51-08-88
Fax: +374 10 51-08-80

Bu gün “Base Metals” Rusiya sülhməramlılarının, xüsusən də general-mayor Andrey Volkovun özünün himayəsi altında Qarabağda fəaliyyət göstərir.

Onların təsisçiləri və səhmdarları arasında ofşorda qeydiyyatdan keçmiş şirkətlər də var. Demək olar ki, bütün şirkətlərlə əlaqəni sahibkar Valeri Meclumyan təmin edir.

Valeri Meclumyan Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının Rəyasət Heyətinin üzvüdür.

Qrupun ana şirkəti Ermənistanda qeydiyyatdan keçmiş “Ermənistan Kapr Proqramı” QSC-dir (ACP). 2011-ci ilə qədər ACP-nin iki səhmdarı var idi “Armenian Capr Programs”ın səhmdarları arasında İsveçrədə qeydiyyatdan keçmiş “ELECOM AG” (hazırda “Marano Besitz-& Verwaltungs AG”) şirkəti də olub.

Hazırda Valeri Meclumyan “Ermənistan Kapr Proqramı” QSC-nin səhmlərinin 100 faiz sahibidir. Bununla belə, bu siyahıda əsas rolu “Vallex F.M. Establishment” oynayır, hansı ki, Meclumyanın erməni biznesini Rusiya Federasiyasındakı biznesi ilə əlaqələndirir.

Vallex F.M. Establishment”ın səhmdarları yoxdur (buna Lixtenşteyn qanunları icazə verir). Yeganə benefisiar, eləcə də direktor Valeri Meclumyandır. Azərbaycan teleqram kanalı “Azərbaycan62″nin əldə etdiyi sənəddən belə çıxır ki, bu şirkətin ACP istisna olmaqla, törəmə şirkətləri var. Onlardan biri Rusiyada qeydiyyatda olan M.K.V. (qeydiyyat ünvanı Starokaluga şossesi, 62).

Yuxarıdakı Moskva ünvanında, M.K.V. şirkətindən əlavə, eyni adlı, lakin Rusiya Federasiyasında qeydiyyatdan keçmiş bir şirkət var – “Vallex F.M.Est”.

Starokaluzhskoye Shosse, 62 ünvanında stomatoloji klinika, tədris-metodiki mərkəz, həmçinin kosmetologiya ilə məşğul olan “VallexM” QSC (2008-ci ildə yaradılıb, direktor Qraç Rafikoviç Poqosyan) var. Təsisçisi və iştirakçıları Ermənistanda qeydiyyatdan keçmiş LM Capital QSC (51%) və direktoru Qraç Poqosyandır (49%).

LM Capital QSC “Vallex” şirkətlər qrupunun ünvanında – Xancyan, 19-da qeydiyyatdadır. Onun təsisçisi qrupun başqa bir şirkəti – ZAO Mədən-Metallurgiya İnstitutudur. Və bu hamısı deyil. Rusiyada ondan çox şirkət “Vallex” ilə əlaqəlidir.

“Vallex” Qarabağda da qanunsuz fəaliyyətə başlayıb. “Бейз Метлс” şirkəti (Base Metals) Qarabağda molibden/qızıl yataqlarında iş aparır. Xankəndidə “Valleks Qarden Hotel” mehmanxana kompleksi tikilib.

Rusiya Bankı VTB-dən alınan kredit “Vallex F.M.Est” MMC-nin nizamnamə kapitalında 99,9999% payla təmin olunub. Cəmiyyətin daşınar və daşınmaz əmlakı da yatırımdadır.

Bir sözlə, tamahkar ermənilər və acgöz Rusiya Zod qızıl mədənini talan edir. Ona görə də erməni cəhənnəmə, Rusiya Qarabağdan ikiəlli yapışıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*