Ermənistan XİN başçısının müavini vəzifəsinə yeni təyinat olub.
KONKRET.az “Sputnik Armenia” ya istinadən xəbər verir ki, Vahan Kostanyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın müavini təyin edilib.
Belə ki, Vahan Kostanyan daha öncə “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi, sonra isə XİN başçısının müşaviri vəzifələrində çalışıb.
Qeyd edək ki, V. Kostanyanın 28 yaşı var.