Ermənistan XİN rəhbərinin həyat yoldaşı Azərbaycanla bağlı komissiyanın tərkibinə daxil edilibbackend

Ermənistan XİN rəhbərinin həyat yoldaşı Azərbaycanla bağlı komissiyanın tərkibinə daxil edilib

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması üzrə komissiyanın tərkibi dəyişdirilib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, komissiyaya baş nazirin müavini Mher Qriqoryan sədrlik edir. Komissiyaya Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan və bir sıra vəzifəli şəxslərlə yanaşı ölkənin xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan da daxil edilib.

Qeyd edək, Abacyan bu yaxınlarda İnvestisiyaların Təşviqi Mərkəzi Fondunun direktoru təyin olunub. Komissiyaya yeni gələn digər şəxs Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*