Ermənistanda yaradılmış xüsusi komissiya Ermənistan Atom Elektrik Stansiyasının (Metsamor) yeni enerji blokunun tikintisi ilə bağlı Rusiya, Amerika, Fransa və Koreya şirkətlərinin təkliflərini öyrənir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu brifinqdə Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan deyib.
“İşçi qrup Amerika, Rusiya, Fransa və Koreya şirkətləri arasında araşdırma aparır”, – deyə o bildirib.
Martirosyanın sözlərinə görə, yeni enerji bloku 2036-cı ilə qədər tikilməlidir, ona qədər isə AES-in köhnə enerji bloku işləyəcək.
İqbal Rzayev,
KONKRET.az