“Ermənistan “Zəngəzur dəhlizi” məsələsinin müzakirəsindən imtina edir” – Ağacanyan SƏRSƏMLƏDİbackend

“Ermənistan “Zəngəzur dəhlizi” məsələsinin müzakirəsindən imtina edir” – Ağacanyan SƏRSƏMLƏDİ

“Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, “Zəngəzur dəhlizi”nin açılması heç bir halda erməni tərəfi üçün məqbul deyil”.

KONKRET.az erməni medisına istinadən xəbər verir ki, bu cür sərsəm açıqlama ilə Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan çıxış edib:

“Nikol Paşinyan, İlham Əliyev və Şarl Mişel arasında keçirilən son görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Zəngəzurla bağlı müzakirələrin aparılmadığını bildirib”, – Ağacanyan vurğulayıb.

Ağacanyan əmin edib ki, Ermənistan “Zəngəzur dəhlizi” məsələsinin müzakirəsindən imtina edir.

Təbii ki, erməni rəsmisinin bu fikirlərinin elə ilk baxışdan daxili auditoriyanı sakitləşdirmək üçün hesablandığı aydın görünür. Üstəlik Ağacanyan elə öz soyadına və erməni xislətinə yaraşan bir şəkildə “ağ yalan” söyləyir. Çünki Azərbaycan və Erməmistan liderlərinin, eləcə də Avropa İttifaqı Şurası prezidentinin üçtərəfli görüşündə məhz “Zəngəzur dəhlizi” məsələsi müzakirə mövzusu olub. Bu barədə Azərbaycan Prezidenti də görüşdən sonra müvafiq bəyanatla çıxış edərkən fikir səsləndirib.

Artıq Ermənistan tərəfi də məsələnin dalana dirəndiyini və “Zəngəzur dəhlizi”nin açılması zərurətini yaxşı anlayır. Ağacanyan və onun kimilər isə sadəcə daxili auditoriyanı sakitləşdirmək üçün ortaya atılan “peşka”lardır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*