backend

Ermənistana ən sərt şəkildə cavab verməliyik

Beynəlxalq təşkilatlar hardadır? Niyə canfəşanlıq edib Ermənistanın yaxasına yapışmırlar. Axı Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və AzərTac-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən yerləşdirilən minaya düşərək həlak olub!

KONKRET.az bildirir ki, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, 28 mayda ATƏT-in Minsk Qrupu həmsədrləri Kəlbəcərdə ərazilərimizi minalayarkən ordumuz tərəfindən yaxalanan 6 erməni diversant-terrorçunun buraxılması üçün bəyanat yaydığı halda bu gün ermənilərin basdırdığı minanın partlaması nəticəsində həyatını itirən jurnalistlərlə bağlı səbəbkarı günahlandırmır:

“Azərbaycan tərəfi dəfələrlə minalanmış ərazilərin xəritəsini həm Rusiyadan, həm Ermənistanın özündən, həm də beynəlxalq təşkilatlardan tələb edib. Bunun zəruriliyini, vacibliyini də aydın şəkildə izah edib. Lakin edilən bütün çağırışlarımız nəticəsiz qalıb. Dünən də biz bunun daha bir neçə qurbanının şahidi olduq”.

Politoloqun sözlərinə görə, jurnalistlərin itkisi bəzi həqiqətləri üzə çıxarır:

“Birincisi, Ermənistan heç vaxt öz xoşu ilə minalamış ərazilərin xəritələrini verməyəcək. Çünki bu onların “B” planıdır. Bu plana əsasən, biz işğaldan azad edilən əraziləri tam minalardan təmizləyənə qədər onlar yenidən güclənəcək və yeni bir işğal başladacaqlar. Buna görə də daha əbəs yerə onlardan minalanmş ərazilərin xəritəsini istəməməliyik. Ermənistana təzyiqləri artırıb xəritələri dəmir yumruq ilə almalıyıq. Söhbət təkcə hərbi əməliyyatlardan getmir. Ermənistana təzyiq üçün əlimizdəki kifayət qədər rıçaqlar var.

İkincisi, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi 27 il ərzində olduğu kimi, bu gün də davam edir. Artıq anlamaq lazımdır ki, bu qurumun heç bir faydası olmayacaq.

Üçüncüsü, Ermənistan-Azərbaycan sərhədində baş verəcək istənilən neqativ hadisəyə ən sərt şəkildə cavab verməliyik. Rəsmi İrəvanın nazıyla oynadıqca daha ciddi itkilərimiz ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*