Ermənistana niyə 2.6 milyard avro ayrıldı? – Koçaryandan ŞOK İDDİAbackend

Ermənistana niyə 2.6 milyard avro ayrıldı? – Koçaryandan ŞOK İDDİA

Ermənistanın eks-prezidenti Robert Koçaryan Avropa Birliyinin ölkəsinə 2.6 milyard avro ayırmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, birliyin Nikol Paşinyan hökumətinə vəd etdiyi maddi yardımı “geosiyasi hədəflərə hesablanmış qrant” adlandırıb.

Koçaryan bölgənin digər ölkələri ilə müqayisədə Ermənistana daha çox pulun ayrılıdığını deyib və bunun təsadüfi olmadığını iddia edib:

“Avropa Birliyinin “Yeni qonşuluq” proqramı çərçivəsində Moldova, Ukrayna, Gürcüstan, Azərbaycan kimi digər ölkələrin aldığı məbləğləri müqayisə etməliyik, əhali nisbətini nəzərə alıb bunun proqramın bir hissəsi sayılıb-sayılmadığını və ya ortada xüsusi bir şeyin olub-olmadığını başa düşəcəyik.

İzahat budur ki, böhran, koronavirusla mübarizə şəraiti hökm sürür və s. Bunu normal hesab edirəm. Amma bunların hamısı hansı proqramların həyata keçirilməsindən, ölkənin inkişafına və ya Qərbin maraqlarının gücləndirilməsinə yönəldilməsindən asılıdır.

Verilən açıqlama da budur ki, pullar ölkənin iqtisadi inkişafına yönəldiləcək, amma siyasi çalarları olan proqramlar da var. Görürəm ki, bunu burada (Ermənistanda) “xüsusi münasibət” və ya Rusiyaya qarşı münasibət kimi təqdim etməyə cəhd olunur. Burada geosiyasi hədəflərin olduğu təəssüratı yaranır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*