Ermənistanda arxiyepiskopun tərəfdarları saxlanılır – Əraziyə xüsusi təyinatlılar GƏLDİ (VİDEO)backend

Ermənistanda arxiyepiskopun tərəfdarları saxlanılır – Əraziyə xüsusi təyinatlılar GƏLDİ (VİDEO)

Ermənistanın hüquq-mühafizə orqanları arxiyepiskop Mikael Acapaxyanın tərəfdarlarına qarşı genişmiqyaslı həbslərə başlayıb.

KONKRET.az xəbər verir ki, etirazçılar Eçmiədzin-Yerevan magistralında və Ermənistan İstintaq Komitəsinin binası qarşısında saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyi baş verənləri təsdiqləyərək bildirib ki, “bir qrup şəxs cinayət işi çərçivəsində saxlanılaraq rayon polis idarələrinə aparılıb”.

Qeyd edək ki, daha əvvəl İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının fəaliyyətinə maneə törətmək faktı üzrə cinayət işi açmışdı. Həmin hadisə, arxiyepiskop Mikael Acapaxyanın saxlanılması məqsədilə Eçmiədzində yerləşən Qaregin II-nin iqamətgahına gələn təhlükəsizlik qüvvələrinin qarşısının kəsilməsi zamanı qeydə alınmışdı.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*