Ermənistan sosial şəbəkələrində baş nazir Nikol Paşinyanın bir neçə gün əvvəl açılışını etdiyi məktəbdəki stullar müzakirələrə səbəb olub. İddialara görə, stulların rəngləri “Azərbaycan bayrağını xatırladır”.
KONKRET.az xəbər verir ki, bir sıra teleqram kanalları və ictimai xadimlər stulların rənglərini tənqid edərək bunu yolverilməz hal kimi qiymətləndiriblər.
Sosial şəbəkələrdə məsələ ilə bağlı qızğın debatlar davam edir.
Müşviq Tofiqoğlu,
KONKRET.az