Ermənistanda hakimiyyəti zorla ələ keçirməyi planlaşdıran dəstə üzvləri saxlanılıb.
KONKRET.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti çevrilişin qarşısını alıb. Onlar Rusiyanı “çevriliş üçün zəmin hazırlamaqda” ittiham edirlər.
Araşdırmalar zamanı məlum olub ki, 7 Ermənistan vətəndaşı başqa şəxslərlə əlbir olaraq hakimiyyəti zorla ələ keçirməyə hazırlaşırmış. Həmin şəxslərdən 3-ü həbs edilib, 4-ü axtarışdadır.
Natiq Səlim,
KONKRET.az