Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Jora Zohraboviç Karapetyan naməlum şəraitdə ölümcül güllə yarası alıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Həkimlərin səyinə baxmayaraq, əsgərin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə şəraitini tam aydınlaşdırmaq üçün araşdırma aparılır”, – məlumatda qeyd olunub.