Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun 8 hərbçisi Qarabağda döyüşməkdən imtina etdikləri üçün təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
KONKRET.az xəbər verir ki, 44 günlük müharibə günlərində müqavilə ilə müharibəyə gedən hərbçilərin qohumları Qarabağa döyüşə getməmək üçün yolları bağlayıb.
Hətta söz-söhbətlər var idi ki, qohumlar məhz həmin hərbçilərin xahişi ilə yolları bağlayıblarmış. Bu gün də onların bir çoxu müharibədən sonra işdən çıxarılmayıb və xidmətini davam etdirir.
Erməni KİV-ləri yazdığına görə, Ermənistanın İstintaq Komitəsi medianın sorğusuna cavab olaraq bildirib ki, ibtidai istintaq zamanı 4 nəfərə qarşı cinayət işi açılıb, müharibə dövründə hərbi xidmət keçməkdən imtina etmə maddəsi ilə təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilərək oranı tərk etməmək barədə qərar verilib.
Lakin yerli mətbuat müharibə zamanı oxşar faktların olduğuna dair bir sıra faktlar əldə ediblər.
Rəsmiyyə Şərifova,
KONKRET.az