Ermənistanda HƏYƏCAN SİQNALI – “Belə getsə, ölkə tam boşalacaq”backend

Ermənistanda HƏYƏCAN SİQNALI - "Belə getsə, ölkə tam boşalacaq"

“Ermənistandan böyük miqrasiya gözlənilir”.

KONKRET.az xəbər verir ki, artıq Ermənistanda bir çox ekspertlər bununla bağlı həyəcan siqnalı verən bəyanatla çıxış edirlər.

İqtisad elmləri doktoru, professor Aşot Tavadyan İrəvan-Moskva video körpüsündə çıxışında bildirib ki, bəzi sosioloqlar 200 min nəfərlik rəqəmdən bəhs edirlər.

“Ermənilərin Ermənistandan getməsinin əsas səbəblərindən biri müharibədəki məğlubiyyət, dərin iqtisadi böhran və gələcəyə ümidsizlikdir. Bu proses də öz növbəsində həm Ermənistan, həm də Rusiya üçün əlverişsiz olan ciddi siyasi nəticələrə səbəb ola bilər. Əgər Ermənistan iqtisadiyyatı gücləndirilməsə və işsizlik səviyyəsi azaldılmasa, hər hansı bir müsbət dəyişikliklərdən söhbət gedə bilməz. Əksinə, gələcəkdə ölkədən gedənlərin sayında daha ciddi artımlar müşahidə ediləcək. Bu isə o deməkdir ki, ölkə tam boşala bilər”, – deyə ekspert əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*