Ermənistanda müxalif siyasətçi, Parakar icmasının rəhbəri Volodya Qriqoryanın və onun dostu, polis Karen Abramyanın qətlinin üstü açılıb.
KONKRET.az xəbər verir ki, daha bir şəxs saxlanılıb və o, atəş açdığını etiraf edib.
Qeyd edək ki, sentyabrın 24-nə keçən gecə “Aprelu Yerkir” partiyasının üzvü Volodya Qriqoryan evinin qarşısında güllələnərək öldürülüb. Hücum zamanı onun polis dostu Karen Abramyan da həlak olub.
Partiyanın lideri hazırda Bakıda həbsdə olan Ruben Vardanyandır.