Ermənistanda kilsə və polis arasında gərginlik ARTDIbackend

Ermənistanda kilsə və polis arasında gərginlik ARTDI

Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın saxlanılması cəhdi fonunda cəmiyyət daxilində narahatlıq artmaqdadır.

KONKRET.az bildirir ki, yerli mənbələrin yaydığı məlumata görə, Eçmiədzindəki dini iqamətgahda Acapaxyanı gizlədən yepiskop Ktrich Nersisyan onun daha əvvəl səsləndirdiyi siyasi çağırışlara, o cümlədən hərbi çevrilişə çağırışlara dolayı şəkildə dəstək göstərmiş sayılır.

İddialara görə, Acapaxyanın Eçmiədzinə – erməni apostol kilsəsinin əsas mərkəzinə gətirilməsi təsadüfi olmayıb. Bu addımın məqsədinin hüquq-mühafizə orqanlarının addımlarını dini və ictimai baxımdan sual altına salmaq olduğu irəli sürülür.

Bəzi sosial şərhlərdə isə din xadimlərinin bu prosesi kilsənin nüfuzundan siyasi məqsədlərlə istifadə etmək üçün alətə çevirdiyi bildirilib. Rəsmi dairələr hələlik məsələ ilə bağlı geniş şərh verməyiblər.

Hazırda Eçmiədzin yaxınlığında vəziyyət gərgin olaraq qalır, monastır ətrafında toplaşan dindarlarla hüquq-mühafizə orqanları arasında vaxtaşırı qarşıdurmalar yaşanır. Ermənistanda kilsə ilə dövlət arasında münasibətlər son günlərdə ciddi gərginlik mərhələsinə qədəm qoyub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*