“Ermənistanda kimisə təhqir etmək üçün ona türk deyirlər, bu, qəbuledilməzdir” – Paşinyanbackend

"Ermənistanda kimisə təhqir etmək üçün ona türk deyirlər, bu, qəbuledilməzdir" - Paşinyan

“Məni tez-tez türk adlandırırlar, mən bunu təhqir hesab etmirəm”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 12-də Qlobal Forumda deyib.

“Məni təhqir etmək üçün məni türk adlandırmağa meylli insanlara demək istəyirəm ki, onlar məni heç təhqir etmirlər, çünki bunu təhqir kimi qəbul etmirəm.

Ermənistanda kimisə sərt formada təhqir etmək üçün ona türk deyirlər. Bu, qəbuledilməzdir. Bir çox məlum hallara görə, mən tez-tez belə rəftarla mükafatlandırıldım”, – Paşinyan deyib.

Paşinyan xalqların arasında düşmənçiliyin dərinləşməsi platformasına çevrilməsini istəmədiyini bildirib.

Onun fikrincə, regionda düşmənçilik nəzarət altına alınmalıdır və bu, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan nifrət sözünün idarə edilməsindən başlamalıdır.

“Ən gündəlik səviyyədən başlayaraq daim tənqidçi rolunda olmağımızı istəmirəm. Biz Ermənistanda siyasi rəqibləri təhqir etmək üçün başqa millətin adından istifadə etməyi dayandırmalıyıq. Bu reallıqları dəyişdirməliyik. Azərbaycanda da kiməsə erməni deyirlər, incitməyə çalışırlar. Hesab edirəm ki, hökumət səviyyəsində bu reallıqlarla razı olmadığımızı söyləməliyik”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*