Ermənistanda KÜTLƏVİ HƏBSLƏR başladı – Paşinyandan ƏZƏLƏ NÜMAYİŞİbackend

Ermənistanda KÜTLƏVİ HƏBSLƏR başladı - Paşinyandan ƏZƏLƏ NÜMAYİŞİ

Ermənistanda arxiyepiskop Bağrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarlarına qarşı genişmiqyaslı həbslər həyata keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat hərəkatın Telegram kanalında paylaşılıb.

Bildirilir ki, siyasi təqiblərin yeni dalğasının səbəbi hələlik məlum deyil. Saxlanmalar baş nazir Nikol Paşinyanın Türkiyəyə səfəri fonunda baş verir.

“Müdaxilələr günorta saatlarından sonra Yerevan və bir neçə vilayətdə başlayıb. Onlarla müxalif düşüncəli və müxtəlif siyasi qüvvə və qrupları təmsil edən vətəndaş saxlanılıb, polisə aparılıb və ya “dəvət olunub””, – deyə hərəkatın açıqlamasında qeyd olunub.

Eyni zamanda, Yerevanda yerləşən hökumət bağ evlərinin ətrafında polis gücləndirilmiş rejimdə xidmət aparır, əraziyə hüquq-mühafizə orqanlarının böyük qüvvələri və polis qoşunlarının avtobusları cəlb olunub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*