Ermənistanda seçki plakatları daşa basıldı – VİDEObackend

Ermənistanda seçki plakatları daşa basıldı - VİDEO

Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi gərginlik getdikcə artır.

KONKRET.az xəbər verir ki, seçkilərdə hazırda baş nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyana əsas rəqib sayılan eks-prezident Robert Koçaryana qarşı münasibət birmənalı deyil. Vətəndaşların bir çoxu onun yenidən hakimiyyətə gəlməsini istəmədiklərini bildirirlər.

Belə ki, bu gün bir qrup şəxs Koçaryanın seçki plakatlarını daşa basıb. Plakatı sökməyə çalışan ermənilərin videosu sosial mediada geniş müzakirələrə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*