İrəvanda rusiyalı erməni əsilli tanınmış iş adamı Samvel Karapetyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Karapetyan son günlər Ermənistan hakimiyyətinin Apostol Kilsəsinə qarşı apardığı kampaniyanı kəskin tənqid edib və açıq şəkildə Erməni Apostol Kilsəsinə (AAK) dəstəyini ifadə edib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, müxalifətə yaxın dairələr onun məhz bu bəyanatları fonunda hədəfə alındığını iddia edir. Hazırda saxlanmanın səbəbləri rəsmi şəkildə açıqlanmasa da, siyasi motivli ola biləcəyi ehtimal edilir.
Samvel Karapetyan Rusiyada “Tashir Group” adlı iri biznes imperiyasının rəhbəri kimi tanınır və uzun illərdir Ermənistanın iqtisadi və ictimai layihələrinə maliyyə dəstəyi göstərib.
Hadisə Ermənistan cəmiyyətində və diasporada ciddi rezonansa səbəb olub.