Ermənistanda qanuni oğru Arsen Yerevanski saxlanılıb.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində Arsen Mkrtçyanın vəkili Vardui Elbakyan deyib.
O bildirib ki, qanuni oğru Arsen Yerevanski (Arsen Mkrtçyan) saxlanılıb.
“Onun barəsində Rusiyada başlanmış cinayət işi üzrə axtarış elan edilib. O, ekstradisiya üçün saxlanılıb. Mkrtçyan Ermənistan vətəndaşıdır. Ona həbslə bir araya sığmayan üç xəstəlik diaqnozu qoyulduğu üçün bu qərardan apellyasiya şikayəti verdik”, – vəkil bildirib.
Xuraman Etibarlı,
KONKRET.az