İrəvanda minlərlə etirazçı meydanlara axışdı – Paşinyana 1 saat vaxt verildibackend

İrəvanda minlərlə etirazçı meydanlara axışdı – Paşinyana 1 saat vaxt verildi

Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinqə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, onlar İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıblar.

Aksiyaçılara qoşulan Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası üçün bir saat vaxt verdiyini bildirib:

“Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram”.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbərdarlıq edərək, bugünkü mitinqin qarşısının alınacağını açıqlamışdı.

14:32

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar.

KONKRET.az-ın məlumatına görə, şəhərin girişində toplaşanlar Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının keşişi, arxiyepiskop Baqrat Qalstanyanı qarşılayıblar.

“Biz cavabları gözləyirik və insanlar cavab almaq üçün kortəbii şəkildə bura toplaşıblar”, – deyə arxiyepiskop bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*