Ermənistandan gözlədiyimiz xəbər gəldi – ƏTRAFLIbackend

Ermənistandan gözlədiyimiz xəbər gəldi - ƏTRAFLI

Nəhayət, gözlədiyimiz an gəldi. Ermənistanda böyük oyanış hərəkatı başladı. Biz bu xəbəri on illərlə gözləmişik. Çünki bu günün gəlməsi ilə çox şeyin dəyişəcəyinə inanırıq. Söhbət Qaregin Njdenin faşist ideologiyasına qarşı ümumerməni hərəkatının başlamasından gedir. Bu ideologiyanın erməni xalqına vurduğu çox böyük ziyanlar barədə erməni ziyalıları zaman-zaman danışıblar. Amma Njde fəlsəfəsinin ziyanı haqqında danışanlar əsasən xaricdə yaşayan ermənilər olub. Ermənistanın özündə isə bu ideologiya haqqında ən xırda tənqidi fikir söyləyənlər isə az qala xalq düşməni elan edilib. Davamlı şəkildə tənqidi fikir söyləyənlərsə “türk agenti” adlandırılaraq daş-qalaq edilib.

Vaxtilə İngilis səyyahı Vilson yazırdı ki, “Ermənilər acgöz və tamahkirdir. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və yalnız bunları özlərindən başqalarına edirlər”. Ermənilər də son 100 ildə Njde ideyalarını həyasızcasına böyüdüb, inkişaf etdiriblər. Və sadəlövhcəsinə bu ideyadan doğan boş xəyalların nə vaxtsa reallaşacağına inanıblar. Bəs bu nasistlərin məqsədi nədir? Deməli, sözdə ümumerməni milli ideologiyası olan bu mifin bir neçə əsas hədəfi olub.

Birincisi, erməniləri Njde ideyasının qələbə və məğlubiyyətdən yorulmamağa çağrmaq, yəni “bu bu günki məğlubiyyət hər şeyin sonu deyiı”.

İkincisi, ermənilərin irqi üstünlüyünə inanmaq və onun dünyada təntənəsinə çalışmaq. “Njdeizm”ə görə ermənilər dünyanın tək “ağ adamıdır”. Ona görə də dünyanı yalnız bu “ağ adamlar” idarə etməlidirlər.

Üçüncüsü, Ermənistan ordusunun yenilməzliyi, “Azərbaycan (türk) axmaqlığı”, ermənilərə qeyd-şərtsiz dəstək verməli olan Rusiya və Avropa haqqında miflər.

Dördüncüsü, “Qədim Ermənistan”ın bütün ərazisi üzərində Ermənistanın suverenliyinin bərpası. Yəni Los-Ancelesdən Beyruta, Adriatik dənizindən Xəzər dənizinə qədər ərazidə “Böyük Ermənistan” yaratmaq.

  • Ağlı başında olan insan bu hədəfin xülya olduğunu və heç bir zaman reallığa çevrilmək şansının olmadığı anlamalıdır. Ancaq Ermənistanda insanları “tarixi ədalətə” istiqmətləndirən, hər kəsin bu yolda  xüsusi bir siyasi əhəmiyyətə malik olduğuna inandırmağa çalışan bütöv bir təbliğat maşını yaradılıb. Bu nasistlər erməni soyqırımının kifayət qədər ölkələr tərəfindən tanınmasının Ermənistan ərazilərinin geri qaytarılmasına töhfə verəcəyinə inanırlar. Beləcə, reallığın özünü deyil, istəklərini və qərəzlərini əks etdirən bir yalanı təbliğ edirlər.

Nəhayət ki, Ermənistanda ilk dəfə bu xəstə ideologiyadan qurtulmaq barədə rəsmi çağırış səsləndi. Ermənistan Mədəniyyət nazirinin müavini Janna Andreasyan bu günlərdə erməni televiziyasında Hitler faşizminin  qatı tərəfdarı olan Qaregin Njdenin ultrasadist “tsekakronizm” ideologiyasının təhlükəsi barədə əhəmiyyətli bir açıqlama verdi. Bu fikirlər yüksək səviyyəli bir dövlət  məmurunun Njdenin erməni millətinin üstünlüyü barədə faşist təliminə qarşı ilk açıq çıxış oldu. Və Janna Andresyanın fikirləri Ermənistanı Spitak zəlzələsindən daha çox silkələdi. Və bu gün bütün Ermənistandan hamı bu açıqlamanı müzakirə edir.

Bu cəsarətli xanım açıq şəkildə deyir ki, “Njde ideologiyası, əslində, bir faşist ideologiyasır. Özü-özlüyündə, 21-ci əsrin bir toplumu olaraq bizim üçün çox təhlükəlidir. Çünki bu ideologiya dünyaya qarşı təcavüz əsasında qurulub, özünü bütövlükdən ayırır. Dünya və bütün cəmiyyətlər üzərindəki üstünlüyünü nümayiş etdirir. Bütün gözəl sözləri Njde təlimlərindən kənarlaşdırsaq, onda ortada çox təhlükəli əsas qalacaq”

Nazir müavini bir qədər qəzəb, bir qədər də təəssüflə Njde fəlsəfəsinin daşıyıcılarına deyir ki, “Sən bu cür mövcud ola bilməzsən. Yəni hər kəsi özündən aşağı tut və bunun qarşılığında başqalarının bizə yaxşı münasibət göstərməsini gözlə. Bu cür olmur. Ətrafımızdakı hər kəsin mövcudluğunu, onların arzularını unudub, hər kəsi öz nəzarətimizdə saxlamağa çalışa bilmərik. Bu sadəcə axmaqlıqdır. Bu cür xəstə baxışla yaşamaq mümkün deyil”.

Janna Andreasyan haqlı olaraq  deyir ki, “Bizə indi hamıya ürəklə elan edə biləcəyimiz başqa erməni xalqı anlayışlarına ehtiyacımız var”.

“Hazırda erməni cəmiyyətində yalnız millətçilərin monoton monoloqu var. Ancaq cəmiyyətdə tək monoloqun olması çox təhlükəlidir. Müasir dünya sürətə dəyişir, inkişaf edir. Hər gün yeni bir çağırış eşidirik. Nə yazıq ki, biz bu tendensiyalara, trendlərə uyğun gəlmirik. Nəhayət, anlamalıyıq ki, dünyadan təcrid olunmuş və dünyaya təcavüzkar baxışlarımızla yalnız millətimizin sonunu gətirə bilərik”, – deyə nazir müavini fikrini tamamlayıb.

Bəli, nəhayət ki, erməni rəsmiləri içərisindən bir həqiqət carçısı çıxdı. Çox güman ki, Janna Andreasyan kameralar qarşısına çıxmamışdan qabaq lazımı yerlərlə məsləhətləşib. Yoxsa tək başına böyük auditoriya qarşısına çıxıb belə cəsarətli fikirlər söylmək nazir müavini olan xanıma çox ciddi həyati təhlükə yaradardı. İndi bizə qalıb növbəti erməni rəsmisinin daha cəsarətli çıxışını gözləmək. Çünki ermənilər nə qədər tez özlərinə gəlsə, bundan ən çox fayda görəcək toplumlardan biri də biz olacağıq. Axı, bu xəstlərlər biz qonşuyuq…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*