Ermənistandan İrana 20 illik yardımbackend

Ermənistandan İrana 20 illik yardım

“İran 20 ildən çox Ermənistandan sanksiya altında olan malların qaçaqmalçılığı, gizli silah tədarükü və çirkli pulların yuyulması üçün istifadə edib”.

KONKRET.az xəbər verir ki, bu barədə yazı “EU Reporter” saytında dərc olunub.

Bildirilir ki, AK Ermənistanlı viza rejiminin liberallaşdırılmasına dair dialoqun başlandığını elan edib:

“Bu yaxınlarda Avropa Komissiyası (AK) Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair dialoqun başlandığını elan edib. Kimsə deyə bilərmi ki, bu çox gözəl xəbərdir? Heç də yox. İran 20 ildən çox Ermənistandan sanksiya altında olan malların qaçaqmalçılığı, gizli silah tədarükü və çirkli pulların yuyulması üçün istifadə edib. Naməlum səbəblərdən Aİ bürokratiyası İran proksilərindən biri ilə əlaqələrin inkişafı təhlükəsini görməzdən gəlir”.

Müəllif qeyd edib ki, Qərb hələ də kor-koranə Tehranın proksi müharibə strategiyasına kömək edir:

“Tehranda belə bir anlayış var ki, Qərb və İsraillə birbaşa münaqişə dağıdıcı olacaq, proksi qüvvələr isə daha effektlidir. Belə ki, “Ənsarullah” (husilər) ABŞ gəmilərinə, bazalarına və ya İsrailə raketlər atarsa, Tehran birbaşa qisas almaqdan qorxmaya bilər”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*