Ermənistanı Qərbin əlindən almalıyıq – Deputatbackend

Ermənistanı Qərbin əlindən almalıyıq - Deputat

“AŞPA və Avropa Parlamentində, üzv ölkələrin siyasi partiyalarında, xüsusilə də, Belçika və Fransanın inzibati-bürokratik idarəçilik sistemində vəzifələrə yerləşdirilən qlobal şəbəkə formalaşıb”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.

O bildirib ki, Azərbaycan bütün tərəfdarları ilə onu beynəlxalq izolyasiyaya qarşı mübarizə aparmalıdır:

“Baxın, bütün çıxışlarında dövlət adamlarını öldürməyə, antikonstitusion çevrilişlərə səsləyən adamlar hansı yüksək lojalarda əyləşdirilir. Mühacir terror mediası ilə bir sırada duran daşnaklar İrəvanda zəifləyir, Parisdə isə çiçəklənir, himayədarlarını artırırlar. Qarabağı Ermənistana verməyə hazır olan qüvvələri xaricdən ölkəmizə silah gücünə gətirmək istəyirlər.

Qələbəmizi “cəzalandırmağa” çalışanlar görsələr ki, Paşinyan Bakıya gəlib düşmənçiliyə son qoymağa razılıq verir, onu ya sərt sanksiyaya, ya da İshaq Rabinin taleyinə məruz qoyacaqlar. Ona görə də sanksiya və embarqo planlarını zərərsizləşdirməyin bir yolu qalır. Biz İrəvanı Qərbin əlindən almalıyıq. Söhbət ərazini hərbi yolla ələ keçirməkdən getmir, məqsədimiz Bakı və İrəvanın qarşıdurmasına son qoyub, qlobal təzyiqlərdən xilas olmaqdır”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*