Ermənistanda qızılca xəstəliyinə yoluxanların sayı kəskin artır.Bu günə olan məlumatda xəstələrin sayı 338-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.
Qızılcaya yoluxanların həftəlik artımı 16 nəfər təşkil edir. Bunlardan onu uşaqdır. Beş nəfər xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, qızılcaya yoluxanların yüz altı nəfəri böyüklərdir.
Rəsmiyyə Şərifova,
KONKRET.az