Ermənistanı Ukraynanın aqibəti gözləyə bilər – Peqov Kremlə ÇAĞIRIŞ ETDİbackend

Ermənistanı Ukraynanın aqibəti gözləyə bilər - Peqov Kremlə ÇAĞIRIŞ ETDİ

Ermənilərin sevimlisi Peqov Ermənistanı “denasifikasiya”ya çağırıb.

KONKRET.az xəbər verir ki, dünən axşam İrəvanda “Erməni soyqırımı” qurbanlarının anım günü” ərəfəsində məşəl yürüşü keçirilib. Yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb.

Bundan sonra onlar Rusiya bayrağını yandırıblar.

Rusiyalı təbliğatçı, “WarGonzo” media layihəsinin rəhbəri, ermənipərəst hərbi jurnalist Semyon Peqov teleqram kanalında Rusiya bayrağının yandırılmasına diqqət çəkib.

O, Adolf Hitlerin Almaniya kansleri təyin edildiyi gün – 1933-cü il yanvarın 30-da Berlindəki məşəl yürüşü ilə İrəvandakı yürüşü müqayisə edib.

Bu vandalizmə reaksiya verən Peqov “Ermənistan banan respublikasının denasifikasiyasının qaçılmaz” olduğuna işarə edərək Kremlə çağırış edib.

“Və biz bunu nə qədər tez başlasaq, belə yalançı müttəfiqlərdən kürəyimizə bir o qədər az zərbə alacağıq”, – deyə Pegov bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*