Ermənistanın ABŞ-dakı səfirindən Paşinyana ŞOK SİYAHIbackend

Ermənistanın ABŞ-dakı səfirindən Paşinyana ŞOK SİYAHI – Məmurlar ölkədən qaçmaq istəyir

Hakim “Vətəndaş Müqaviləsi” partiyasının bir çox üzvlərinin Ermənistanın ABŞ-dakı səfiri Lilit Makuntsla münasibətləri çox gərginləşib. 

KONKRET.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Nəşr bildirir ki, Makunts ABŞ-a köçdükdən sonra bütün partiya üzvləri ilə əlaqəni tamamilə kəsib: “Rəsmi mənbələrimizin dediyinə görə, əvvəllər hər hansı bir sualla bağlı Lilit Makuntsa edilən müraciətlər dərhal cavablandırılırdı. O, mütləq komanda yoldaşları ilə görüşər, onların xahişini yerinə yetirərdi, amma indi Makunts artıq o deyil.

Keçmiş fraksiya üzvləri ilə əlaqə saxlamır, bir çox insanların zənglərinə belə cavab vermir, yalnız hakim elita ilə, daha dəqiq desək, Nikol Paşinyanı eşidir, hər şeyi ona məruzə edir, ondan göstərişlər alır.

Xarici işlər naziri Mirzoyan və digər həmkarları müxtəlif kluarlarda deyiblər ki, müxtəlif ölkələrə işgüzar səfərə gedəndə səfirlər onları qucaq açıb qarşılayır, əyləncə yerlərində, dükanlarda müşayiət edir, Makunts isə əksər hallarda onları xoş qarşılamır. Son vaxtlar o, soyuqdur.

Lilit Makuntsun bu davranışı partiya üzvləri üçün qəribə gəlib. Çünki o, komandada hamı ilə yaxşı münasibətdə olan azsaylılardan biri idi.

Belə çıxır ki, hakimiyyətlə Makunts arasındakı münasibətlərdəki gərginliyin başqa, daha dərin səbəbləri var”.

Bu məlumatı yoxlamaq üçün “Joqovurd” gündəlik qəzeti Ermənistan Milli Assambleyasından, hökumətdən və digər dövlət qurumlardan “Yaşıl Kart” üçün kimin müraciət etdiyi və məlumatın doğru olub-olmaması barədə rəsmi məktub göndərərək Lilit Makuntsla əlaqə saxlamağa çalışıb. Makunts bu siyahıya daxil olan şəxslərdən xəbərdar olaraq siyahını Nikol Paşinyana ötürüb və ona püşkatma yolu ilə viza almaq və Ermənistanı tərk etmək üçün bir neçə məmurun müraciət etdiyini bildirib.

“Joqovurd” qəzeti də ABŞ-ın Ermənistandakı səfirliyi ilə də əlaqə saxlayıb. Diplomatik korpusdan bildirilib ki, bu, qapalı məlumatdır.

Nəşr bu qənaətdədir ki, bir çox iriçaplı məmurlar bu dövrdə ABŞ vizası almaq və ya “Yaşıl Kart” qazanmaq üçün çox müraciət edir. Makunts məhz Paşinyana siyahını təqdim etdiyinə görə komandada ona qarşı mənfi münasibət formalaşıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*