Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər etdibackend

Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər etdi

Ermənistanın Baş Qərargah rəisi general-mayor Eduard Asryan Gürcüstanda səfərdə olub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, məlumatı bu ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, səfər çərçivəsində Asryan gürcüstanlı həmkarı general-mayor Giorgi Matiaşvili ilə görüşüb. Tərəflər hərbi təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə dair müzakirə aparıb. Giorgi Matiaşvili Asryanı Gürcüstan Müdafiə Qüvvələrində aparılan islahatlarla tanış edib.

Ermənistan silahlı qüvvələrinin nümayəndə heyəti NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzini də ziyarət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*