Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, bu barədə birinci prezidentin mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində yazıb.
O bildirib ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya aparılıb. İndi o, “Best Life” erməni-yapon tibb mərkəzindədir.
“Media sorğularına cavab olaraq bildirirəm ki, prezident Levon Ter-Petrosyan “Best Life” Kardioloji Klinikasında planlı tibbi müayinədən keçir”, – deyə Musinyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az