Erməni müxalifəti indi də “Qarabağ Ermənistandır” ifadəsinə ilişib.
KONKRET.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın müşaviri Vahan Kostanyan mayın 24-də jurnalistlərə müsahibəsində “Arsax”ın statusu ilə bağlı suallara cavab verməkdən imtina edib.
“Xarici İşlər Nazirliyinin rəsmi açıqlamalarını izləyin. Xarici İşlər Nazirliyi Arsax xalqının bütün hüquqlarını və təhlükəsizliyini təmin etməyə çalışır. Ermənistan Respublikasının xarici siyasəti hökumətin 2021-2026-cı illər üçün proqramına uyğun olaraq həyata keçirilir”, – Kostanyan bildirib.
Qeyd edək ki, bu gün Ermənistan XİN rəhbərinin müavini Mnatsakan Safaryan da bu sualı cavablandırmaqdan imtina edib.
Xuraman Etibarlı,
KONKRET.az