Ermənistanın demək olar ki, bütün rayonları “işğal” təhlükəsi altındadır – Minasyanbackend

Ermənistanın demək olar ki, bütün rayonları "işğal" təhlükəsi altındadır - Minasyan

“”Azərbaycanın təcavüzü”nün təzahürlərini sərhəddə gərginlik kimi xarakterizə etməməliyik”.

KONKRET.az  xəbər verir ki, belə sərsəm açıqlama ilə “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan bu gün “Yeni hərbi əməliyyatların riski” mövzusunda müzakirə zamanı çıxış edib.

O, bildirib ki, Ermənistanın demək olar ki, bütün rayonları “işğal” təhlükəsi altındadır:

“Aydındır ki, “işğal olunmuş və zəbt edilmiş” ayrı-ayrı ərazilər var, Ermənistanın demək olar ki, bütün rayonları “Azərbaycanın işğalı” təhlükəsi altındadır”, – deyə Minasyan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*