İndi ekstrasenslərin ümidinə qalan Ermənistanda falçılara daha çox inanırlar. Düşmən ölkədə özünü ekstrasens-şaman adlandıran Arman Ayvazyan adlı bir falçı Ermənistanın gələcəyindən danışıb.
“Mən 44 günlük müharibəni proqnozlaşdırmışdım. Üç il əvvəl bu haqda xeyli danışdım və mənə inanan olmadı. Təəssüf ki, sentyabrda yenidən müharibə təhlükəsini görürəm. Amma budəfəki müharibə 5-6 gün çəkəcək. Ermənistan xeyli itki verəcək. Sentyabr ayı azərbaycanlılar üçün uğurlu aydır. Qalib gəlmək, döyüşü düzgün təşkil etməyi bacarırlar. Əgər subyektiv fikrim maraqlıdırsa, deyim ki, diplomatik təhsili olmayan, orduda xidmət etməyən şəxsin ölkəni idarə etməsi məğlubiyyətə gətirib çıxarmalıdır”.
Ekstrasensin sözlərinə görə, Ermənistanda yaxın vaxtlarda hakimiyyət dəyişikliyi gözlənilmir:
“2026-cı il erməni xalqı üçün ölümcül il olacaq”, – deyə o söhbətini bədbin notla yekunlaşdırıb.
Vəli Həsənov,
KONKRET.az