Ermənistanın hücumlarını şiddətlə qınayıram – Karacabackend

Ermənistanın hücumlarını şiddətlə qınayıram - Karaca

Türkiyə və Azərbaycanın bölgədə sabitliyi təmin etməyə yönəlik çalışmalarına qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə qınayıram.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin “Albayraq Media Qrup”unun rəhbəri Ömər Karaca deyib.

O bildirib ki, dost və qardaş Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Kəlbəcərdə Ermənistan qüvvələrinin döşədiyi minanın partlaması nəticəsində Azərtac-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov da daxil olmaqla 3 mülki şəxsin şəhid olduğunu böyük bir üzüntü ilə öyrənib:

“Türkiyə və Azərbaycanın bölgədə sabitliyi təmin etməyə yönəlik çalışmalarına qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə qınayıram. Albayraq Media Qrupu olaraq, bütün Azərbaycan mediasının yanında olduğumuzu bildirmək istəyirəm. Şəhid həmkarlarımız və mülki Azərbaycan vətəndaşına Allahdan rəhmət, sizə və bütün yaxınlarına başsağlığı diləyirəm”.

Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Həmin şəxslər işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*