Ermənistanın məscidləri dağıtması əsl vandalizm aktıdır – İƏT-in Baş katibibackend

Ermənistanın məscidləri dağıtması əsl vandalizm aktıdır - İƏT-in Baş katibi

Otuz illik işğaldan sonra Azərbaycan torpaqları azad edilib və əsl sahiblərinə qaytarılıb. Bu münasibətlə Azərbaycan Prezidentini və xalqını təbrik edirəm. Bu, bütün İslam dünyasının qələbəsidir. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdən biri olan Azərbaycan öz hüquqlarını bərpa edib. Bu, həqiqətən də tarixi hadisə və zəfərdir.

KONKRET.az xəbər verir ki, bu sözləri aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin deyib.

O qeyd edib ki, qarşıda böyük yenidənqurma işləri var. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi çox ciddi məsələdir və yenidənqurma işlərini ləngidir.

Baş katib deyib ki, Ermənistan işğal etdiyi ərazilərdə məscidləri də dağıdıb. Bu, əsl vandalizm aktıdır. Bütün beynəlxalq təşkilatlar Qarabağda yenidənqurma işlərini dəstəkləməlidirlər. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bütün səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*