“Ermənistanın Milad ağacı TOP-3-ə daxil oldu” – İşxanyandan kinayəli PAYLAŞIMbackend

"Ermənistanın Milad ağacı TOP-3-ə daxil oldu" - İşxanyandan kinayəli PAYLAŞIM

“Yeni il ağacı və demokratiya… Məlum oldu ki, Ermənistanın əsas Milad ağacı MDB-də ən hündür yeni il ağaclarının TOP-3-ə daxil olub.  Aşqabad şəhərindəki (Türkmənistanın paytaxtı) “yolka”dan sonra ikinci yerdə…”

KONKRET.az xəbər verir ki, bu kinayəli fikirləri Ermənistanın hüquq müdafiəçisi Avetik İşxanyan öz Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, qərb ekspertlərinin fikrincə, “yolka”nın hündürlüyü ölkədəki demokratiyanın səviyyəsi ilə düz mütənasib olur.

“Beləliklə, MDB məkanında demokratiyanın səviyyəsinə görə Ermənistan Türkmənistandan sonra ikinci yerdədir. Ermənistan hökuməti qarşısına məqsəd qoyub ki, gələn il İrəvanda yeni il ağacı Aşqabaddakı ağacın hündürlüyünü keçsin” – deyə İşxanyan yazıb.

Günel Mikayılova,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*