Ermənistanın müdafiə nazirini müşayiət edən təhlükəsizlik əməkdaşları cümə axşamı İrəvanda yol qəzası keçiriblər.
KONKRET.az xəbər verir ki, Müdafiə Nazirliyinin “Toyota” markalı maşını ilə Gürcüstan dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qəza ilə bağlı materiallar hazırlanır.
Qeyd olunan Toyota MN-nin balansında qeydiyyatdan keçib və müdafiə naziri Suren Papikyana xidmət edir. Onun təhlükəsizlik işçiləri həmin maşından istifadə edir.
Patrul xidməti sürücülərin şəxsiyyətini müəyyənləşdirir.