Ermənistanın Qarabağ məsələsində müttəfiqi yoxdur – Ter-Petrosyanbackend

Ermənistanın Qarabağ məsələsində müttəfiqi yoxdur – Ter-Petrosyan 

“Ermənistanın Qarabağ məsələsində müttəfiqi yoxdur”. – Ter-Petrosyan

KONKRET.az erməni mətbuatına istinadla bildirir ki, bu sözləri Ermənistanın eks-prezidenti Levon Ter-Petrosya deyib.

Ter-Petrosyan hesab edir ki, Ermənistan bu məsələdə ABŞ, İran və ya başqa bir ölkənin dəstəyinə arxalanmamalıdır.

O, eyni zamanda, Rusiya ilə qarşılıqlı strateji maraqların gücləndirilməsinə əsaslanan münasibətlərin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

“Problemləri həll etmək üçün toparlanmaq əvəzinə, seçkilərdə nəyin bahasına olursa olsun hakimiyyətə can atan iki qütb yaranıb. Onlar bunun üçün maddi, inzibati və cinayət resurslarından istifadə edən, lakin dəqiq bir fəaliyyət proqramına sahib olmayan qütblərdir”, deyə eks-prezident qeyd edib.

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*