“Məlum olur ki, Nikol Paşinyan hökuməti beynəlxalq müqavilənin ratifikasiyasının məqsədəuyğunluğunu əsaslandırmadan Roma Statutunu ratifikasiya üçün parlamentə göndərib. Eyni zamanda, “Beynəlxalq müqavilələr haqqında” Qanunun 11-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndində beynəlxalq müqavilənin ratifikasiyasının məqsədəuyğunluğu haqqında şəhadətnamənin təqdim edilməsi ilə bağlı məcburi tələb müəyyən edilib. Bu, parlament aparatının ekspert-analitik şöbəsi tərəfindən də qeydə alınıb və hökumətə məlumat verilib ki, lazımi sənəd tamamlanmalıdır”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşrləri məqalələr tirajlayır.
Media belə nəticəyə gəlir ki, Paşinyanın son günlər bəhanələrinə baxmayaraq, həqiqətən də son həftələr onun rəhbərliyi altında anti-Rusiya demarşı həyata keçirili.
Əgər Beynəlxalq Cinayət Məhkəməsinə əsas olan Roma Statutu ratifikasiya edilərsə, Ermənistan məhkəmənin Putinin həbsi ilə bağlı tələbini yerinə yetirməyə borcludur.
Qeyd edək ki, Roma Əsasnaməsi sentyabrın 1-də parlamentə göndərilib. Ondan bir gün əvvəl Paşinyan İtaliya mətbuatının birinə müsahibəsində Rusiya Federasiyasını sərt tənqid edib. Bunun ardınca Ermənistan-ABŞ hərbi təlimləri başlayıb. Proseslərdə Anna Akopyanın Ukraynaya səfəri də qabardılıb.
Bu zəncir isə rusların narazılığına səbəb olub.
Natiq Səlim,
KONKRET.az