Ermənistanın ziyan vurduğu 6  minə yaxın ailəyə yardım göstərilibbackend

Ermənistanın ziyan vurduğu 6 minə yaxın ailəyə yardım göstərilib

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə vurduğu ziyana görə ödənilən yardımın verilməsi ilkin siyahı üzrə başa çatdırılıb.

KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Hökumət rəsmisinin sözlərinə görə, indiyə qədər ilkin siyahı üzrə –  5 914 ailəyə ilkin yardım verilib:

“Bu siyahıdan yalnız xaricdə olanlar və sənədləri düzəliş prosesində olan vətəndaşlar qalıb”.

İ.Məmmədov deyib ki, əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*