“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı vaxt və məkan BƏLLİ OLDU” – “Past”backend

"Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanacağı vaxtməkan BƏLLİ OLDU" - "Past"

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı vaxt və məkan bəlli olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti öz mənbələrinə istinadən yazır. Qəzet bildirir ki, ötən gün Brüsselə gedən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan oktyabrın 2-də Cenevrədə Ararat Mirzoyanla Ceyhun Bayramov arasında keçirilən görüşün təfərrüatlarını, danışıqların mahiyyətini təqdim edəcək.

“Mənbəmizin qeyd etdiyi kimi, Qriqoryan avropalılara delimitasiya və demarkasiya komissiyasının işinin gedişini də təqdim edəcək.

Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəmiz bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Gürcüstandakı böhranla bağlı bu yaxınlarda Ermənistanda olan Toyvo Klaar erməni tərəfini sülh müqaviləsinin yekun variantına oktyabrın sonuna qədər sahib olmağa çağırıb.

Əldə etdiyimiz məlumata görə, noyabrın birinci ongünlüyündə Brüsseldə Ermənistan-Azərbaycan sülh müqaviləsi imzalanacaq.

Yeri gəlmişkən, mənbəmiz onu da bildirir ki, rəsmi Moskva artıq bu məsələyə müsbət münasibət bildirib. Aydındır ki, indiki vəziyyətdə delimitasiya prosesi və kommunikasiyalar ətrafında konkret danışıqlar Moskva üçün regionda gərginliyin artmasından daha vacibdir”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

  • Mais
    Oktyabr 5, 2022 - 06:14

    Hər an ehtiyatlı və hər şeyə hazır olmalıyıq… Garabağ, sərhədyanı sahələr, ölkədaxili vəziyyət tam nəzarət altında olmalıdır.

  • VUQAR
    Oktyabr 5, 2022 - 06:48

    İtlə yoldaşlıq et, amma comağı əldən qoyma

  • Asif
    Oktyabr 6, 2022 - 14:48

    Hiyləgər və qəddar dusməninə yox oz tədbirliliyinə inam ,və gucunə guvən.

VUQAR üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*