“Ermənistan üçün hərbidə süni intellektdən istifadə prioritetdir” – Ekspertbackend

"Ermənistan üçün hərbidə süni intellektdən istifadə prioritetdir" - Ekspert

“Ermənistan üçün hərbi sahədə süni intellektdən istifadəni öyrənmək prioritetdir”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, Ermənistan hərbi sahədə süni intellektin tətbiqi ilə maraqlanır:

“Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyada süni intellekt müzakirələrində iştirak edib. Mövzu “müharibədə süni intellektdən istifadəyə nəzarət” olsa da görünür ki, elə hərbi sahədə süni intellektdən istifadəni öyrənmək və tətbiq etmək Ermənistan üçün prioritetdir. Müzakirələrdə Cənubi Koreya, Niderland, Böyük Britaniya, Sinqapur və Keniyanın hərbi sahə üzrə rəsmiləri iştirak edib. Ermənistanın hərbi texnologiyalar sahəsində Hindistandan sonra texnoloji cəhətdən inkişaf etmiş ölkə olan Cənubi Koreya ilə əməkdaşlığa can atması da diqqət çəkəndir”.

Aygün,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*