Əsabəli Mustafayev üçüncü dəfə insult keçirdi – Danışa bilmirbackend

Əsabəli Mustafayev üçüncü dəfə insult keçirdi - Danışa bilmir

Tanınmış vəkil Əsabəli Mustafayev reanimasiyaya yerləşdirilib. 

KONKRET.az xəbər verir ki, bu barədə qaynarinfo-ya vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib.

Onun sözlərinə görə, vəkil 3-cü dəfə insult keçirib:

“Vəziyyəti çox ağırdır, danışa bilmir, nitqi tamam itib. Dünən 3-cü dəfə insult keçirib. Hazırda Sumqayıtdakı 2 nömrəli xəstəxananın reanimasiya şöbəsindədir. Yanına heç kəsi buraxmırlar”.

Zemfira Mustafayeva bildirib ki, indi ümidləri yalnlız Allaha qalıb.

Qeyd edək ki, bir müddət öncə Əsabəli Mustafayevin səhhətində problemlər yaranmışdı. Vəkil insult diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli xəstəxanasına yerləşdirilmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*