Əsədin devrilməsində Türkiyənin rolu var? – Konkret cavabbackend

Əsədin devrilməsində Türkiyənin rolu var? - Konkret cavab

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı son hadisələrdə Türkiyənin heç bir rolunun olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə nazir Səudiyyə Ərəbistanı mətbuatına açıqlama verib.

Nazir Fidan Əsədin devrilməsinə və Suriyadan qaçmasına Türkiyənin şərait yaratdığına dair iddialarla bağlı suala belə cavab verib:

“Xeyr, bu, qətiyyən doğru deyil. Bu, bizim edəcəyimiz bir iş deyil. Bunu ruslar özləri açıqladılar, bunu onlar təşkil edib və həyata keçirdilər. Burada Türkiyənin heç bir rolu yoxdur. Türkiyə heç vaxt belə bir prosesin bir parçası olmayıb. Biz heç bir ölkə və ya qrupla bir araya gələrək belə bir planlama və iş görməmişik” .

Qeyd edək ki, nazir açıqlamasında Türkiyədəki suriyalılardan da danışıb.

“Suriyada bu çətin dövr başlayanda şimaldakı Suriya müxalifəti Türkiyəyə arxalandı və xüsusən də milyonlarla köçkün Türkiyəni vətən kimi gördü, öz yurdu kimi gördü. Biz onları qucaq açıb qarşıladıq. Təbii ki, Suriya müxalifətinin Türkiyədə yer tapması və işləməsi vacib idi. Türkiyə Suriya müxalifətinə problemin konstruktiv şəkildə həllinə kömək etmək üçün xüsusilə çox çalışıb. Astana Prosesi bu baxımdan son dərəcə vacib idi, lakin təəssüf ki, Əsəd rejimi bu həllə yanaşmadı və bir tənlik arasında qaldı: ya hakimiyyəti öz xalqı ilə bölüşəcək, sülh bağlayacaq ya da onu öz xalqına qarşı müdafiə edəcək xarici hegemonlarla və güclərlə mübarizə aparacaqdı” ./milliaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*