Eskalasiya gözlənilməlidir: İsgəndəryan yeni müharibə ehtimalından DANIŞDIbackend

Eskalasiya gözlənilməlidir: İsgəndəryan yeni müharibə ehtimalından DANIŞDI

“Müxtəlif formalarda eskalasiya gözlənilməlidir, lakin hələlik genişmiqyaslı müharibə olmayacaq”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan bildirib.

O, bunu Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ətrafında dayanması ilə əlaqələndirib:

“Əgər Azərbaycan genişmiqyaslı müharibəyə başlasa, o zaman təkcə ermənilərlə yox, ruslarla da döyüş baş verəcək. Bu halda Rusiya arzuolunan şəkildə olmasa da, reaksiya verməyə məcbur qalacaq. Rəsmi Bakı bunu yaxşı anlayır”, – erməni ekspert öz xislətinə uyğun şəkildə proseslərə fikir bildirib.

İskəndəryan Azərbaycanın diplomatik təzyiq vasitələrindən istifadə etdiyini diqqətə çatdırıb:

“Bu, Rusiya, Avropa, Türkiyə vasitəsilə diplomatik təzyiq olacaq. Bundan əlavə, ötən ilin sentyabrında baş verənlərə bənzər eskalasiyalar mümkündür. Proses davam edəcək”, – İsgəndəryan fikirlərini yekunlaşdırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*