“Əsl hörmətə layiq prezident belə olmalıdır”.
KONKRET.az xəbər verir ki, Rusiyanın qalmaqallı televiziya aparıcısı, ermənipərəst Vladimir Solovyov verilişinin canlı yayımında Azərbaycan Prezidenti İlham Əliyev haqda danışıb. Bu fikirləri də elə həmin çıxışı zamanı səsləndirib:
“Mən əsl prezidentin necə olduğunu bilirəm. Bu gün Kremldə Rusiya və Azərbaycan prezidentləri arasında Müttəfiqlik barədə müqavilə imzalanıb. Görün orada iki prezident necə səlis, dəqiq və aydın danışırlar, həqiqətən hörmətə layiqdir. Buyurun baxın” – deyə Solovyov İlham Əliyevin çıxışına işarə edib.
O, Azərbaycan Prezidentinin çıxışını “dəqiq, aydın və anlaşılan bədii nitq” adlandırıb: “Bax əsl hörmətə layiq prezident belə olmalıdır” – deyə Solovyov vurğulayıb.
Qeyd edək ki, Solovyovun bu çıxışı erməniləri qəzəbləndirib.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az
Eşq olsun