“Əslində Xankəndi-Gorus yolunun bağlanması 9 noyabr sənədinin İCRASIDIR” – Akopyanbackend

"Əslində Xankəndi-Gorus yolunun bağlanması 9 noyabr sənədinin İCRASIDIR" - Akopyan

“Xankəndi-Gorus yolunun bağlanması 9 noyabr sənədinin icrasıdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi Movses Akopyan erməni mediasına müsahibəsində deyib.
O bildirib ki, Xankəndi-Gorus avtomobil yolunun bağlanması 9 noyabr sənədinin icrasıdır.

“Vəziyyət narahatedicidir, amma düşünürəm ki, danışıqlar nəticəsində yolu açmaq mümkün olacaq. Heç kim erməni tərəfini, qismən də Qarabağ “hakimiyyət”ini nəzərə almır. Əslində 9 noyabr tarixli sənəd özünü hiss etdirir. Bu sənədə görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Lakin hər şeyi dəyişdirmək olar. Kimin və necə hərəkət edə biləcəyini deyə bilmərəm?”, – deyə Akopyan bildirib.

Onun sözlərinə görə, Qarabağ “hakimiyyət”inin Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə müraciəti heç bir nəticə verməyəcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*